×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunda ixtisas fənnindən doktorluq imtahanı keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə 1 nəfər, informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə 2 nəfər, kompüter elmləri ixtisası üzrə isə 2 nəfər iddiaçı iştirak edib.

Elm və təhsil 2022-09-22 14:43:00