×
A
A
A
Sazlamalar

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi bir sıra tədbirlər keçirib

Bakı, 22 sentyabr, AZƏRTAC

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festival çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi bir sıra tədbirlər keçirib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdlərinə muzeyin böyük elmi işçisi Qurbanova Səbinə, elmi işçisi Həsənova Rəhimə “Əziz dostum Üzeyir!” adlı elmi mühazirə oxuyublar.
Mühazirədə Leopold Rostropoviç və Üzeyir Hacıbəylinin dostluq və yaradıcılıq əlaqələrindən bəhs edilib, muzeyin fondu və ekspozisiyasında yer alan nadir eksponatlardan ibarət slaydşou göstərilib.
Sonda şagirdlərə bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasına Mstislav Rostropoviçin dirijorluq etdiyi konsertdən kadrlar nümayiş olunub.

 

Mədəniyyət 2022-09-22 14:11:00