“Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan konfrans davam edir
Bakı, 22 sentyabr, AZƏRTAC
Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL, ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş konfransa ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-22-də keçirilən konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirib. Konfransın ikinci günündə keçirilən panel iclaslarda da yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri dinlənilir.
Bununla yanaşı, tədbirin ikinci günündə PROSOL şirkəti ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışı təşkil olunacaq. Yarışda bu sahədə çalışan gənc mütəxəssislər öz bilik və bacarıqlarını sınaqdan keçirəcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb