×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxana kollecə dəyərli nəşrlər hədiyyə edib

Bakı, 22 sentyabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) həyata keçirdiyi kitabbağışlama aksiyası davam edir.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Aksiya çərçivəsində MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə 60 sayda dəyərli nəşrlər hədiyyə edilib.
F.Əmirovun “Şur simfonik muğamı”, “Nəsimi haqqında dastan”, A.Məlikovun “Simfoniyası” 4 cilddə, B.Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi”, “Səhnə fədailəri”, E.Sabitoğlunun “Simfoniya”, “Əlvida” səs və fortepiano üçün mahnıları, İ.Rəhimlinin “Azərbaycan teatrı” və digər nəfis tərtibatı ilə gözoxşayan nəşrlərdə Azərbaycanın zəngin, çoxəsrlik musiqi sənətinin tarixinə nəzər salınaraq təhlil edilir, eləcə də milli teatr mənzərəsi yeni və zəngin faktlarla verilir.
Xatırladaq ki, MEK aksiyaya yeni tədris ilinin başlanması ərəfəsində start verib.


 

Elm və təhsil 2022-09-22 12:55:00