×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti: ABŞ ilə ticarət həcmimiz 100 milyard dollara çatacaq

Ankara, 22 sentyabr, AZƏRTAC

Mövcud sürət düzgün və qətiyyətlə davam etdirilərsə, ABŞ ilə ticarət həcmimiz qısa zamanda 100 milyard dollar hədəfinə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda təşkil olunan Türkiyə-ABŞ Biznes Forumundakı çıxışında ifadə edib.
Dövlət başçısı vurğulayıb ki, ABŞ-ın Türkiyəyə yatırdığı sərmayə 14,1 milyard dollar, Türkiyənin bu ölkədəki sərmayəsi 8,6 milyard dollara çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-22 12:53:00