×
A
A
A
Sazlamalar

Rus Dram Teatrında “Qürur və qərəz” tamaşası nümayiş olunacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.
Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Əsər əsasında dünya kinematoqrafçıları onlarla film çəkiblər. Bu əsər, həmçinin bir çox dünya teatrlarının repertuarına daxil edilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mədəniyyət 2022-09-22 12:33:00