Vətəndaş təhsili üzrə bilik və dəyərlərin təbliğ olunması ilə bağlı beynəlxalq təcrübə öyrənilir
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-tədris mərkəzində “Vətəndaş təhsili üzrə bilik, bacarıq və dəyərlərin təbliğ olunması ilə bağlı beynəlxalq təcrübə” mövzusunda görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova 100 yaşlı ADPU-nun uğurları və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər, vətəndaş təhsili ilə bağlı beynəlxalq əməkdaşlıq imkanları barədə öz fikirlərini bildirib.
Daha sonra Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidova universitetdə vətəndaş təhsili sahəsində pedaqoqlarla işin təşkili barədə məlumat verib, son günlər Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən genişmiqyaslı təxribat və şəhidlərimiz haqqında danışıb.
Yaşlıların təhsili assosiasiyasının sədri Azər Ramazanov pedaqoqların vətəndaş təhsili istiqamətində bilik və bacarıqların artırılması üsulları barədə öz fikirlərini bildirib.
Sonra Hüquqi təhlil və araşdırmalar birliyinin sədri Ramil İsgəndərli QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin qayıdış prosesində rolu” layihəsi çərçivəsində aparılan maarifləndirmə tədbirləri barədə məlumat verib.
Görüşün moderatoru Şərqi Avropa Vətəndaş Təhsili Assosiasiyasının idarə heyətinin üzvü, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurasının təlimçisi Olqa Menlik olub.
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır
Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa