×
A
A
A
Sazlamalar

Mahnı Teatrında “Ağca və 7 cırtdan” adlı müzikl-tamaşa nümayiş ediləcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də və oktyabrın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Ağca və 7 cırtdan” adlı müzikl-tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, müzikl-tamaşada gözəl və zəngin bir şahzadə ilə evlənməyi arzulayan kraliça, Ağbənizi sarayından qovur. Qız qaranlıq bir meşədə çətinliklərdən keçərək, özünə yeni dostlar qazanır. Onlar birlikdə kraliçadan intiqam almağa hazırlaşırlar.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mədəniyyət 2022-09-22 11:25:00