×
A
A
A
Sazlamalar

"Sevgiyə görə bağışla" tamaşası Rus Dram Teatrının səhnəsində

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Cəfər Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış "Sevgiyə görə bağışla" adlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Tatyana Melnikovadır. Səhnə əsərinin xoreoqrafiya quruluşu Aleksandra Nikuşinaya, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

Mədəniyyət 2022-09-22 11:07:00