×
A
A
A
Sazlamalar

BDU-nun dissertantı ABŞ-ın Massaçusets Universitetində Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə dövlət sifarişli fəlsəfə doktoru proqramının dissertantı Günay Ağamalıyeva ABŞ-ın Massaçusets Universitetində ali məktəb müəllimlərinin professional inkişafı üçün nəzərdə tutulmuş Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Proqramın məqsədi iştirakçıları ABŞ-da tədris proqramının inkişafına dair ən yaxşı təcrübə və nəzəri yanaşmalarla tanış etmək, habelə onlara akademik və tədqiqat mənbələrinə ümumi baxış daxil olmaqla bir kurikulumun necə inkişaf etdirilməsi barədə konkret strategiyalar göstərməkdir.
G.Ağamalıyeva Fulbrayt Fakültə İnkişaf Proqramının ən gənc iştirakçısıdır.

Elm və təhsil 2022-09-22 10:58:00