Tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə, Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99-GN-233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib. Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 min ədəd aksiz markası olmayan siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO