×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Yevlaxda polis əməkdaşının orta məktəb şagirdinə fiziki zorakılıq hərəkətləri etməsi araşdırılır

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlaxda orta məktəb şagirdinə polis kapitanı tərəfindən fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhərin S.Əliyev adına 1 saylı tam orta məktəbinin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Hadisə 2022-09-21 19:56:00