Rusiya Aİ-nin Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının səlahiyyət müddətinin uzadılmasını dəstəkləyəcək
Sarayevo, 21 sentyabr, AZƏRTAC
Rusiya Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) səlahiyyət müddətinin uzadılmasını dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli sədri Milorad Dodik deyib.
“Prezident Vladimir Putindən Rusiyanın sülhməramlı missiyasının səlahiyyət müddətinin uzadılmasına dəstək verməsini xahiş etdim və o, bununla razılaşdı. Vladimir Putin bildirdi ki, əgər sülhməramlı missiyanın səlahiyyət müddətinin uzadılmasında hər hansı gizli məqsəd yoxdursa, bu, Rusiya üçün heç bir problem yaratmayacaq”, - deyə M.Dodik vurğulayıb.
Qeyd edək ki, Bosniya və Herseqovinada yaşanan siyasi gərginliyə görə kontingent sayı xeyli artırılan EUFOR-un səlahiyyət müddəti Rusiyanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qərarı ilə hər il uzadılır.
Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb
Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək
NASA Ayda binalar tikməyi planlaşdırır
Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb
İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib