Monteneqronun sabiq Baş naziri Zdravko Krivokapiç siyasi partiya təsis edəcəyini açıqlayıb
Podqoritsa, 21 sentyabr, AZƏRTAC
Monteneqronun sabiq Baş naziri Zdravko Krivokapiç Monteneqro Xristian Demokrat Hərəkatı adlı siyasi partiyanı təsis edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, ölkədəki mövcud vəziyyətdən razı olmayan xalqın yeni siyasi seçimə nail olması üçün bu qərara gəldiklərini vurğulayan Z.Krivokapiç yeni və firavan Monteneqronun quruculuğunda iştirak etmək istəyən və ideallarını bölüşən hər kəsi partiya sıralarına qoşulmağa dəvət edib.
Z.Krivokapiçin sentyabrın 22-də keçirəcəyi mətbuat konfransında partiyanın təsis olunduğunu elan etməsi gözlənilir.
Qeyd edək ki, müstəqil siyasətçi olan Z.Krivokapiç 2020-ci il dekabrın 4-dən 2022-ci il aprelin 28-dək Monteneqroda koalisiyalı hökumətə rəhbərlik edib.
BMT Qəzzada zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib
Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb
Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb
Türkiyə Prezidenti Qətərə gedir
Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz