×
A
A
A
Sazlamalar

Sertifikatlaşdırmanın müsahibə mərhələsindən keçənlərin sayı açıqlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsindən keçənlərin sayı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibə mərhələsində iştirak edən 8 min 707 müəllimdən 8 min 676 nəfəri uğur qazanıb.
Xatırladaq ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəblərdə çalışan ibtidai sinif müəllimləri cəlb olunub.

Elm və təhsil 2022-09-21 17:20:00