×
A
A
A
Sazlamalar

Türkiyədə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən miqrantlar saxlanılıb

İstanbul, 21 sentyabr, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın bölgədə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyərkən boğulmaq təhlükəsi ilə üzləşən 48 miqrant xilas edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətindən verilən açıqlamaya görə, rezin qayıqlarla Yunanıstana keçmək istəyən bu şəxslər yunan tərəfindən geri göndərilib. Məlumata əsasən, eyni bölgədə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən daha 29 miqrant saxlanılıb.
Bu şəxslər ölkələrinə geri göndərilmək üçün aidiyyəti qurumlara təhvil verilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-09-21 16:57:00