×
A
A
A
Sazlamalar

Kibermühitin inkişafı üçün təkliflər hazırlanır

Bakı, 21 sentyabr, AZƏRTAC

Kibermühitin inkişafı üçün addımlar atırıq. Bunun üçün bir sıra təkliflər hazırlayaraq təqdim etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda PROSOL şirkəti tərəfindən keçirilən “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” (ICSD) adlı beynəlxalq konfransda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri Rahid Ələkbərli deyib.
O bildirib ki, hazırda BP şirkətində tətbiq edilən kibertəhlükəsizlik barometrinin ölkə səviyyəsində tətbiqinə çalışırlar. Həmin barometrin xüsusi indikatorları var və bu indikatorlar hesabına ölkənin kibertəhlükəsizlik hazırlığını qiymətləndirmək mümkün olacaq: Bu, çox vacibdir. Hətta evimizdə istifadə etdiyimiz “ağıllı” cihazlarda da təhlükəsizlik mühüm əhəmiyyət daşıyır”.

İKT 2022-09-21 16:32:00