×
A
A
A
Sazlamalar

Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan şəxs müəyyən olunub VİDEO

Bakı, 21 sentyabr, AZƏRTAC

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2022-09-21 16:24:00

Video