×
A
A
A
Sazlamalar

Qoruq İdarəsinin sədri İçərişəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri - Miniatür Kitab Muzeyinin yaradıcı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və keramika ustası, heykəltəraş-rəssam Mir Teymur Məmmədov ilə görüşüb.
Qoruq İdarəsinin mətbuat xidmətindən AZƏRTAC bildirilib ki, görüşdə sədr onların əvvəlki illərdə uğurlu fəaliyyətindən, İdarə ilə İçərişəhər sakinləri arasında münasibətlərin sıx əməkdaşlıq çərçivəsində qurulmasında Şura üzvlərinin mühüm rolundan danışıb.
Görüşün sonunda İdarə Heyətinin sədri Şura üzvlərini göstərdikləri xidmətlərə görə təşəkkürnamə ilə təltif edib.
Xatırladırıq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində 2009-cu ildə yaradılmış İçərişəhər Ağsaqqallar Şurasının məqsədi Qoruq sakinlərinin ictimai rəyini nəzərə alaraq mövcud məsələlərin həllində əməkdaşlıq edərək şəffaflığı, obyektivliyi təmin etməkdir.

Mədəniyyət 2022-09-21 15:51:00