×
A
A
A
Sazlamalar

Federasiya Şurası könüllü əsir düşən şəxslərin və fərarilərin cəzalandırılması ilə bağlı qanunu təsdiqləyib

Moskva, 21 sentyabr, AZƏRTAC

Rusiya Federasiya Şurası könüllü əsir düşən şəxslərin 10 il müddətinədək, eləcə də fərarilik etmiş şəxslərin 5 ildən 10 ilədək azadlıqdan məhrum edilməsi barədə qanuna düzəlişləri təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Rusiya Cinayət Məcəlləsinə əlavə olunan 352.1 maddəsinə əsasən, könüllü əsr düşən şəxslər 3 ildən 10 ilədək müddətinə azadlıqdan məhrum edilə bilər. Hazırda bu əmələ görə cəza 7 ilədək nəzərdə tutulub.
Bundan əlavə, səfərbərlik və ya hərbi vəziyyət müddətində fərarilik etmiş şəxsləri 10 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-09-21 15:28:00