×
A
A
A
Sazlamalar

Başqırdıstan alimləri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

Bakı, 21 sentyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Rusiya Federasiyasının Başqırdıstan Respublikasından gələn qonaqlarla görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə müəssisənin baş direktoru professor Abbas Seyidov tərəflər arasında qarşılıqlı iş birliyi üçün müqavilə imzalanması haqqında təklif irəli sürüb. Arxeoloqlarımız tərəfindən aparılan beynəlxalq tərkibli arxeoloji qazıntı işləri haqqında Başqırdıstan alimlərinə məlumat verilib.
Başqırdıstanın Daşınmaz Mədəni İrs üzrə Abidələrin Mühafizəsi və İstifadəsi Elmi-İstehsalat Mərkəzinin direktoru Danir Qaynullin təklifdən məmnun qaldığını bildirib və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları - Hidayət Cəfərov, Firuzə Muradova, Azad Zeynalov qonaqlarla fikir və mülahizələrini bölüşüblər.

Elm və təhsil 2022-09-21 15:05:00