×
A
A
A
Sazlamalar

İnformasiya təhlükəsizliyi üzə strategiya hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

2018-ci ildən ölkəmizin informasiya təhlükəsizliyi sahəsində strategiyasının yaradılması istiqamətində bir çox işlər görülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda PROSOL şirkəti tərəfindən keçirilən “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” (ICSD) adlı beynəlxalq konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
“Pandemiyanın bərabərində gətirdiyi reallıqlar, yeni təhlükəsizlik modelləri, həmçinin 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət bu strategiyada da bəzi məsələlərə yenidən baxılmasını zəruri etdi. Strategiya təsdiqlənmədən əvvəl yenidən hazırlandı və dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub. Düşünürəm ki, yaxın zamanda strategiya təsdiqlənəcək”.

İKT 2022-09-21 14:53:00