×
A
A
A
Sazlamalar

Türkiyənin Marmaris bölgəsində meşə yanğını baş verib VİDEO

İstanbul, 21 sentyabr, AZƏRTAC

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda güclü meşə yanğını baş verib.
AZƏRTAC xəbər verir ki, hələlik səbəbi bilinməyən meşə yanğını bölgədə əsən küləyin təsirindən sürətlə yayılıb.
Yanğının söndürülməsinə helikopterlər və yanğınsöndürən avtomobillər cəlb olunub.
Alovların təsirindən yüksələn qatı dumanın Muğlanın müxtəlif bölgələrindən yayıldığı bildirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-09-21 14:51:00

Video