“Azərsu” ASC-nin abonentinə qarşı dələduzluq edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı şəhəri Nəsimi rayonunun ərazisində “Azərsu” ASC-nin abonentinə qarşı dələduzluq faktı aşkarlanıb. Özlərini Elnur və Namiq kimi təqdim edən şəxslər Nəsimi rayonu 20 Yanvar küçəsi 25, mənzil 15 ünvanında yaşayan abonentdən 10 il müddətində yaşadıqları ünvana sayğac quraşdırılmaması müqabilində 50 manat alıblar. Həmin şəxslər vətəndaşı bu qanunsuz əmələ inandırmaq üçün Rüstəmov Namiq Ruslan oğlunun adına olan kassa mədaxil qəbzi də təqdim ediblər. Verilmiş qəbzin üzərində vətəndaşın yaşadığı ünvan deyil, 133-cü bina 5-ci mənzil göstərilib. Qəbzin arxa hissəsində 10 il ərzində sayğacın quraşdırılmayacağı barədə qeyd də yazılıb.
“Azərsu” ASC olaraq bildiririk ki, bu cür hallar tamamilə qanunaziddir, hər hansı ödənişin müqabilində sayğacın quraşdırılmaması kimi xidmət mövcud deyil. Bir daha abonentlərin diqqətinə çatdırırıq ki, mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal “955” Zəng Mərkəzinə məlumat versinlər.
Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO