×
A
A
A
Sazlamalar

İslam Əməkdaşlıq Təşkilatı qlobal sülh naminə BMT ilə daha sıx əməkdaşlıq edəcək

Qahirə, 21 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha rəhbərlik etdiyi təşkilatın qlobal sülh naminə BMT ilə daha sıx əməkdaşlıq edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, İƏT-in rəhbəri BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşündə qlobal sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində birgə səyləri müzakirə edib. Tərəflər, həmçinin Fələstin, Əfqanıstan, Liviya, Somalidə silahlı münaqişələrə son qoyulması üzrə iki beynəlxalq təşkilatın əməkdaşlığının perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.
İƏT-in Baş katibi BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos ilə görüşündə dinlər və sivilizasiyalar arasında dialoq, o cümlədən İslamofobiya ilə mübarizə, birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib. O diqqətə çatdırıb ki, İƏT-in təşəbbüsü ilə hər il martın 15-də Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd edilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2022-09-21 14:32:00