×
A
A
A
Sazlamalar

Gürcüstanın xarici işlər naziri ATƏT-in baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Tbilisi, 21 sentyabr, AZƏRTAC
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, söhbət zamanı Gürcüstanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə uğurlu əməkdaşlığı vurğulanıb.
Nazir Gürcüstan məsələsini təşkilatın gündəliyində yüksək səviyyədə saxladığına və münaqişənin sülh yolu ilə həlli prosesinə ATƏT-in cəlb olunmasına görə baş katibə təşəkkür edib.
Görüşdə Cənubi Qafqazdakı mövcud təhlükəsizlik mühiti və Rusiya Ukrayna müharibəsi ilə bağlı vəziyyət müzakirə edilib.
Gürcüstanın işğal olunmuş ərazilərdəki vəziyyət də diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-09-21 11:46:00