×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda mağazadan pul, tütün məmulatı oğurlayan iki nəfər saxlanılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Suraxanı rayonunda mağazadan pul, tütün məmulatı oğurlayan iki nəfər tutulub.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat məbləğində pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-09-21 11:45:00