×
A
A
A
Sazlamalar

Milli Kitabxanada Beynəlxalq Sülh Günü münasibətilə virtual sərgi açılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Beynəlxalq Sülh Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 Sentyabr – Beynəlxalq Sülh Günü” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.
BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilib. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib.
21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

 

 

Mədəniyyət 2022-09-21 10:48:00