×
A
A
A
Sazlamalar

Fərhad Bədəlbəyli: Hər dəfə Şuşaya gələndə yüksək bayram əhval-ruhiyyəsi yaşayıram

   Şuşa, 20 sentyabr, Emil Məlikov, AZƏRTAC

   Konsert zamanı həddindən çox həyəcanlı idim, bəlkə də bir az bu səbəbdən qüsurlar da var idi. Bir tərəfdən Şuşa, bir tərəfdən Üzeyir bəyə həsr olunmuş konsert, bu, böyük xoşbəxtlikdir. Düşünürəm ki, bu festivalda bir az hüzn də var idi. Mən ikinci hissəni ifa edəndə, o kədərli hissləri çalışırdım yerində çatdırım.

    AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilən konsertin solisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

   “Bildiyimiz kimi, bu dəfə məlum hadisələrə görə bu festivalın bütün əyləncə proqramlarını təxirə salmalı olduq. Şuşa daim qonaqlar qəbul etməli bir şəhərdir. Digər ölkələrdən bura turistlər gəlməlidir, bu, çox vacibdir. Çünki biz musiqi ilə yoğurulmuşuq və bizim silahımız musiqidir. Əsgərlərimiz necə döyüşlərdə şücaət göstərirlərsə, biz də öz musiqimizlə sözümüzü deməliyik. O bədxahlar bizim bu cür mötəbər festivallarımızın şahidi olsunlar və görsünlər ki, onlar yaşamırlar. Qoy görsünlər ki, biz necə yaşayırıq, yaradırıq və inkişaf edirik. Mən hər dəfə Şuşaya gələndə yüksək bayram əhval-ruhiyyəsi yaşayıram”.

Mədəniyyət 2022-09-20 20:56:00