×
A
A
A
Sazlamalar

“Piyadalar şəhəri” San Xuan şəhərində avtomobillərin hərəkəti qadağan edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Puerto-Rikonun San Xuan şəhəri yeni ictimai nəqliyyat sistemi ilə "piyadalar şəhəri"nə çevrilir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, hazırda şəhər daxilində avtomobillərin hərəkəti qadağan edilib.
San Xuan şəhəri son 60 ildə yaşlı əhalinin azalmasından əziyyət çəkir. Odur ki, yerli hakimiyyət insanların sağlamlığını qorumaq, onları şəhərə cəlb etmək məqsədilə şəhər mərkəzində piyadaların avtomobillərdən uzaq olmaları və işlənmiş qazlarla nəfəs almamaları üçün müasir piyada zonaları yaradıb.

Dünya 2022-09-20 19:16:00