×
A
A
A
Sazlamalar

Alman cəmiyyətində alkoqol istehlakının artması müşahidə olunur

Berlin, 20 sentyabr, AZƏRTAC

Almaniyanın Federal Səhiyyə Nazirliyinin yaydığı press-relizdən göründüyü kimi, bütün ölkədə təhlükəli miqyasda alkoqolun istehlakının artması müşahidə olunur. Bu barədə AZƏRTAC həmin sənədə istinadla xəbər verir.
Qorxuducu rəqəmlər hazırda Almaniyanın səhiyyə sistemi üçün problem yaradır. Press-relizdə qeyd olunur ki, 18-64 yaş qrupuna aid olan 1,6 milyona yaxın insan alkoqoldan əziyyət çəkir, 6,7 milyon insan isə insan risk zonasında, yəni asılılıq həddindədir. Lakin bu, təkcə rəsmi informasiyadır. Qəzetlərə əsasən insanların çoxu asılılıqlarını ailə üzvləri və dostlarından gizlədir. Başqaları ümumiyyətlə bu cür asılılığın mövcud olmasını inkar edirlər.
Bəzi qiymətləndirmələrə görə, alkoqoldan sui-istifadə hər il ölkəyə təxminən 57 milyard avro dəyərində iqtisadi ziyan vurur. Orta hesabla almanlar 340 fincan pivə, 120 qədəh çaxır və 270 qədəh şnaps istehlak edirlər. Təkcə Şərqi Almaniyada alkoqolizmin səviyyəsi əhalinin 2 faizini təşkil edir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-09-20 17:40:00