×
A
A
A
Sazlamalar

“Yaradıcı sənaye 4.0: Yeni qloballaşan mədəni iqtisadiyyata doğru” panel iclası maraqlı müzakirələrlə yadda qalıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Hazırda dünyada rəqəmsallamşma sürətlə inkişaf edir. Dünyada sürətlə robotlaşma gedir. Dövlətlər çalışır ki, öz iş yerlərini itirən insanlar robotlaşmanın qurbanı olmasın əksinə, rəqabət aparmağa imkanları olsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Yaradıcı sənaye 4.0: Yeni qloballaşan mədəni iqtisadiyyata doğru” mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
“Yaradıcı insanlara dəstə verən layihələrdən biri ABAD-dır. ABAD kənd təsərrüfatı sahəsində, eyni zamanda, sənətkarlıq nümunələri yaratmaq istəyənlər üçün bir platformadır. Hazırda 550-yə yaxın abadçımız var ki, onlar istehsal etdiyi məhsullardan qazanc əldə edirlər. Layihə onu göstərir ki, bu sahəni inkişaf etdirmək mümkündür. Bu platformanı rəqəmsal rəssamlar arasında təbliğ etmək və insanları bu layihəyə cəlb etmək qarşıya qoyduğumuz növbəti hədəflərimizdən biridir. Düşünürük ki, rəqəmsal rəsmlərin satışı günün real tələbidir”, - deyə C.Salmanov bildirib.
"Re-Fresh Global"ın həmtəsisçisi Viktoria Kanar deyib: “Bizim məqsədimiz müəlliflərin öz ideyalarını gerçəkləşdirməsinə kömək etməkdir. Burada texnologiyanın rolu böyükdür. Biz həm də ekologiyanın qorunmasını düşünürük. Biz dünyada jurnalistləri İsrailə gətirib ölkəni təbliğ edirdik, onu başqa tərəfdən göstərməyə çalışırdıq. İsraildə olduğu kimi Azərbaycanda da qədim ənənələr var. Mən Azərbaycanda yaradıcılığın müxtəlif sahələrini təmsil edən insanlarla görüşdüm. Düşünürəm ki, onlar öz bacarıqlarını ortaya qoymaq üçün kifayət qədər potensiala malikdir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qeyd edib ki, universitet tərəfindən 4-cü sənaye inqilabı ilə bağlı tədqiqat mərkəzi yaradılıb: "Biz bu inqilabın iqtisadiyyata təsirindən yaralanmağa çalışır, yaradıcı sənayenin Azərbaycanda trendə çevrilməsi üçün ölkənin lokomotivi kimi güclərimizi səfərbər etmişik. Hamımız başa düşürük ki, 4-cü sənaye inqilabı bizim seçimimiz deyil. Bu inqilab nəticəsində Azərbaycan kiçik iqtisadiyyatlı ölkə statusundan uzaqlaşır. Dördüncü sənaye inqilabı Azərbaycan sənayesinin gələcək inkişafı üçün bir şansdır".
“Zero Gravity Capitalda” şirkətinin baş və investisiyalar üzrə tərəfdaşı Vit Hanus bildirib ki, təmsil etdiyi şirkət kitabların rəqəmsallaşması, video-kontent yaradıcılığı və digər sahələrə sərmayələr qoyur: “Biz bunun biznes tərəfini inkişaf etdirmək istəyirik. Azərbaycan mədəniyyət baxımından çox inkişaf edib, burada oturuşmuş mədəniyyəti var. Mən bu ölkəyə gələndə onun mədəniyyəti qarşısında heyran oldum. Mənim Azərbaycana ilk səfərim startaplarla bağlı idisə sonradan mən bu ölkəni mədəniyyətinə görə ziyarət etməyə başladım”.
İclasda mövzuya uyğun müzakirələr aparılıb.

Mədəniyyət 2022-09-20 15:20:00