×
A
A
A
Sazlamalar

Bakıda “Ana, mən müharibə istəmirəm!” adlı uşaq rəsmləri sərgisinin açılışı olub

Bakı, 20 sentyabr, AZƏRTAC

Ukraynanın və Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliklərinin dəstəyi ilə Bakıda “Ana, mən müharibə istəmirəm!” mövzusunda uşaq rəsmlərindən ibarət sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün rəsmi tviter səhifəsində yazıb.
Səfir vurğulayır: “Sərginin ekspozisiyası böyük tarixə malikdir. Belə ki, rəsmlərin bəziləri hələ 1945-ci ildə çəkilib. O vaxt, Avropada nasizm üzərində Qələbədən sonra Polşa Təhsil Nazirliyi uşaqları müharibə ilə bağlı xatirələrini kağız üzərində təsvir etməyə çağırmışdı”.
Diplomat qeyd edir ki, ukraynalı uşaqlar öz rəsmlərində bir vaxtlar polyak uşaqları kimi dinc həyat əvəzinə tankları, göydən düşən bombaları, yanğınları, partlayışları çəkirlər: “Bu uşaqlar hərbi əməliyyatlar nəticəsində öz xoşbəxt uşaqlıqlarını itiriblər. Bugünkü sərgi də məhz bununla bağlıdır”.
“Biz bu mühüm tədbirin keçirilməsi təşəbbüsünə görə polşalı dostlarımıza dərin təşəkkürümüzü bildiririk”, - deyə V.Kanevski əlavə edib.

Mədəniyyət 2022-09-20 13:48:00