×
A
A
A
Sazlamalar

Rəhman Hacıyev: İşğaldan azad olunmuş ərazilərimizdə ən çox dağıdılan tarixi abidələrdir

Bakı, 20 sentyabr, AZƏRTAC

Mədəniyyət kifayət qədər geniş, böyük məfhumdur, mədəniyyət sahibkarlıqdır, iqtisadiyyatdır. Mədəniyyətin böyük potensialı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Dialoq vasitəsilə mədəniyyət iqtisadiyyatının gücləndirilməsi” mövzusunda keçirilən panel müzakirəsi zamanı söyləyib.
“Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə görməyə imkan verdi. Azad olunan ərazilərdəki dağıntıları dünya müharibələrindən sonra Avropada müşahidə olunan mənzərə ilə müqayisə edə bilərik. Biz bu dərəcədə böyük dağıntıların öhdəsindən gəlməliyik. İşğaldan azad olunmuş ərazilərimizdə ən çox dağıdılan tarixi abidələrdir. Bununla da düşmən bizim mədəniyyətimizi silmək istəyirdi. Dünyada buna bənzər nümunələr var. Amma nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Avropadakı urbisidin aradan qaldırılmasına müəyyən yardım var idi. Amma Azərbaycan bu gün Qarabağdakı dağıntıları, oradakı urbisidi özü bərpa edir, özü aradan qaldırır”,-deyə Rəhman Hacıyev bildirib.

 

Mədəniyyət 2022-09-20 12:46:00