×
A
A
A
Sazlamalar

Bakıda quldurluq edən şəxslər tutulublar

Bakı, 20 sentyabr, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə sentyabrın 19-da 3 nəfərin Bakı şəhər sakinləri E.Abbasovu və R.Cahangirovu döymələri və E.Abbasovun 104 manatını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elxan Əsgərov, Ruslan İsrafilov və Əfqan Şərifov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2022-09-20 12:43:00