×
A
A
A
Sazlamalar

“Müasir Azərbaycan musiqisinin banisi: Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu il ölkəmizdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmin festivalın proqramına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Müasir Azərbaycan Musiqisinin Banisi: Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”; “Həyat və yaradıcılığı”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”; “Əsərləri”; “Haqqında”; “Xatirəsinin əbədiləşdirilməsi”; “Mükafatlar”; “Fotoqalereya”; “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

 

 

 

 

Mədəniyyət 2022-09-20 12:52:00