×
A
A
A
Sazlamalar

Nazir müavini: Bizim məqsədimiz əsrlər boyu qoruduğumuz mədəniyyəti gələcək nəsillərə ötürməkdir

Bakı, 20 sentyabr, AZƏRTAC

Mədəniyyətin iqtisadiyyatı ilə mədəni iqtisadiyyat arasında fərq var. Mədəni iqtisadiyyat dayanıqlı inkişafin əsas alətlərindən biridir. Nəzər salsaq görərik ki, ən varlı ölkə ilə ən kasıb ölkə arasında fərq əsrlər keçdikcə artıb. Bir çox tədqiqatçılar bu fərqi ayrı-ayrı xalqların mədəniyyəti ilə əlaqələndirir. Yaponiyaya fikir versək orada böyük sıçrayış olduğunu görərik. Bu ölkədə mədəniyyətin zənginliyi istənilən sahənin inkişafına təsir etmişdir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Konfransın Şuşada başlanılmasının təsadüfi olmadığını deyən F.Qurbanov bildirib ki, Qarabağda bir çox mədəniyyət ocaqları - kitabxanalar, təhsil ocaqları dağıdılıb: “İndi bizim tarixi abidələrimiz, Bülbülün ev-muzeyi və s. bərpa olunur. Dövlətimiz Azərbaycanın inkişafını mədəni sərvətlərlə bağlayır. Bu bizi sevindirir. Bizim məqsədimiz əsrlər boyu qoruduğumuz mədəniyyəti gələcək nəsillərə ötürməkdir”.

 

Mədəniyyət 2022-09-20 12:01:00