×
A
A
A
Sazlamalar

Elnur Əliyev: Mədəni iqtisadiyyatın əsas tərəflərindən biri də qloballaşmadır

Bakı, 20 sentyabr, AZƏRTAC

İndi Mədəniyyət Nazirliyinin məqsədi mədəniyyətə yanaşmanı dəqiqləşdirməkdir. Bizim baxışımız sovet baxışından fərqlənir. O zaman mədəniyyət bu sahə ilə məşğul olan müəssisələrin fəaliyyət ilə məhdudlaşırdı. Ancaq mədəniyyət daha geniş anlayışdır. Bugünkü tədbirin əsas məqsədi bu baxışı açıqlamaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Dialoq vasitəsilə mədəniyyət iqtisadiyyatının gücləndirilməsi” mövzusunda keçirilən panel müzakirəsi zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
“Mədəniyyət bütün külliyyatı ilə bir zövq formalaşdırır. Bizim ən böyük üstünlüyümüz əsrlər boyu təsdiqlənmiş mənəvi zövqümüzdür. Mədəni iqtisadiyyatın böyük tərəfi də qloballaşmadır. İnternetin üstünlüyü hansısa bir musiqiçinin öz əsərini dünyaya çıxarmaq imkanı verir ki, bu da qloballaşmanın nə demək olduğunu açıq aydın göstərir”,-deyə Elnur Əliyev bildirib.



Mədəniyyət 2022-09-20 11:55:00