×
A
A
A
Sazlamalar

Nazir: Yaradıcı birliklərə, ittifaqlara şərait yaratmalıyıq

Bakı, 20 sentyabr, AZƏRTAC

Hesab edirik ki, dövlət qurumu kimi yaradıcı birliklərə, ittifaqlara müdaxilə etmədən onlara yaradıcı mühit, şərait yaratmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, Azərbaycan artıq özünün ən önəmli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində torpaqlarımız azad ediləndən sonra Azərbaycan dövləti qarşısında ərazilərin dirçəldilməsi kimi müqəddəs vəzifə durur. Ən önəmli prosesdən biri də mədəniyyətin dirçəldilməsi, adət-ənənələrin həmin torpaqlara qaytarılmasıdır. Bu gün artıq yaradıcılığın və mədəni dirçəlmənin iqtisadi tərəfini düşünmək lazımdır. Çünki hər yaradıcı insanı yaradıcılığın davamlı olması üçün məsələnin iqtisadi tərəfi də maraqlandırır. Bugünkü tədbir də buna həsr olunub.
Nazir vurğulayıb ki, yaradıcı sənayelərin iqtisadiyyata töhfəsi daim gündəmdədir: "2030-cu il üçün prioritet sahələrdən biri də yaradıcı sənayelərdir. Ən vacib məqsədlərimizdən biri yaradıcı sənayelərə özəl sektor tərəfindən investisiya cəlb etmək, vergi güzəştlərinin göstərilməsidir".

 

Mədəniyyət 2022-09-20 11:28:00