® “Huawei” tərəfindən Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib
Yeni təhsil ilinin başlanğıcında “Huawei” Azərbaycanın Xəzər rayonunun şagirdlərinə məktəb ləvazimatlarını ianə edib. İanə mərasiminə Xəzər rayonu İcra Hakimiyyəti, Milli Məclis üzvləri Soltan Məmmədov və Rauf Əliyev, “Huawei Technologies Azərbaycan” MMC-nin baş direktoru Xu Hui, “Huawei”in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Avrasiya regionu Birləşmiş Ölkələri üzrə vitse-prezidenti Chen Liang və digər rəsmilər qatılıblar.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda təhsilə verilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin təhsillə bağlı təşəbbüsləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Milli Məclisin üzvü Soltan Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və veteranlara xüsusi həssaslıqla yanaşılır.
S.Məmmədov, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda yeni məktəblərin tikildiyini, bir sıra məktəblərin isə əsaslı təmir olunduğunu qeyd edib.
“Biz, daha çox istedadlı gənclərin yetişdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Biznes fəaliyyətindən başqa, Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri bizə daim irəliləməyə ilham verir”, - deyə “Huawei Azərbaycan”ın baş direktoru David Xu bildirib.
Tədbir zamanı imkansız ailələrdən olan 50-yə yaxın şagirdə məktəb ləvazimatları və məktəbli formaları təmənnasız təqdim olunub.
İKT infrastrukturunun və ağıllı cihazların aparıcı qlobal təchizatçısı olaraq “Huawei Azərbaycan” İKT sektorunun uzunmüddətli davamlı inkişafına köməklik göstərmək öhdəliyini götürüb. “Huawei” inanır ki, təhsil - yeni imkanlar yaratmaq, davamlı və sağlam inkişaf yolunu təşviq etmək üçün bir açardır. Buna görə də, təhsil və biliklərin ötürülməsi “Huawei”in qlobal KSM fəaliyyətlərinin əsas prioritetidir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb