×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovina “Balada” filmini “Oskar” mükafatına namizəd göstərib

Sarayevo, 20 sentyabr, AZƏRTAC
Bosniya və herseqovinalı rejissor Aida Beqiçin “Balada” filmi 94-cü “Oskar” mükafatlarının “Ən yaxşı beynəlxalq film” kateqoriyasında yarışmağa namizəd göstərilib.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Kinematoqrafiya Dərnəyinin məlumatına görə, Sarayevo Film Festivalında premyerası keçirilən “Balada” filmi ölkənin builki “Oskar” mükafatına namizədi seçilib.
Qeyd edək ki, filmdə 30 yaşlı Məryəm və 8 yaşlı qızı Milanın həyat hekayəsindən bəhs olunur. Boşanaraq ata evinə qayıdan Məryəmin qızını himayəsinə almaq uğrunda apardığı mübarizə, onun kino çəkilişi üçün müsahibəyə getdikdən sonra dəyişən həyatı filmin əsas süjet xəttini təşkil edir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Mədəniyyət 2022-09-20 08:11:00