×
A
A
A
Sazlamalar

İsrailli mütəxəssis: Azərbaycanın mədəniyyəti çox zəngindir

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu, mənim Qarabağa ilk səfərim deyil, amma Şuşaya birinci səfərimdir. Tədbirimiz çox yaxşı keçdi. Gün ərzində bir çox mövzuları müzakirə etdik. Maliyyədən infrastruktura, texnologiya və təhsilə qədər bir neçə mövzu üzrə beynəlxalq ekspertlər iştirak etdilər. Dünyada mədəni iqtisadiyyatdan gələn gəlir 2 trilyon dollardan çoxdur. Təbii ki, məhz buna görə biz burada, Qarabağın mirvarisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşadayıq.
Bunu AZƏRTAC-a açıqlamasında Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edən startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran deyib.
“Biz konfrans boyu maliyyə, innovasiya, texnologiya, təhsil, davamlılıq və iqtisadiyyat kimi mövzuları müzakirə etdik. Azərbaycan artıq neft sahəsindən fərqli sahələrə keçid yolları axtarır. Azərbaycanın mədəniyyəti çox zəngindir”, - deyə israilli ekspert qeyd edib.
O bildirib ki, mədəni iqtisadiyyat dedikdə, rəsm, musiqi və digər sferalardan danışılır. Bu, artıq dünyanın bir çox yerində fəaliyyət göstərir.
“Tədbirdə iştirak edən komanda indiyədək uğurlu olub. Biz hamımız sabah Bakıda keçiriləcək konfransı gözləyirik. Düşünürəm ki, Şuşada olduğu kimi, Bakıda da konfransa uğurla davam edəcəyik”, - deyə T.Katran diqqətə çatdırıb.

Mədəniyyət 2022-09-20 02:32:00