×
A
A
A
Sazlamalar

BƏƏ-nin ölkəmizdəki səfiri ilə enerji əməkdaşlığı müzakirə olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə enerji sahəsində həyata keçirilən yerli və qlobal əhəmiyyətli layihələr, o cümlədən elektroenergetikanın inkişafı və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb. BƏƏ-nin “Masdar” və “TAQA” şirkətləri ilə mövcud əməkdaşlıq və cari layihələrin icra vəziyyəti nəzərdən keçirilib. İki ölkə arasında “yaşıl enerji” əməkdaşlığı enerji keçidinə birgə töhfə kimi qiymətləndirilib və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Energetika 2022-09-19 19:30:00