×
A
A
A
Sazlamalar

Uşaq bağçasının fidanları Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət edib

Bakı, 19 sentyabr, AZƏRTAC
Bakı şəhərində fəaliyyət göstərən bir neçə uşaq bağçasının fidanları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini ziyarət ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bu dəfə “Brave Kids”, “İndiqo”, “Dəniz” uşaq bağçalarının fidanları muzeyin qonağı olublar.
Uşaqlar muzey ilə yaxından tanış olub, musiqi tariximiz və milli alətlərimiz haqqında verilən məlumat, dinlədikləri musiqi nömrələri balaca qonaqların marağına səbəb olub.
Bu təəssüratla aldıqları məlumatlar əsasında onlar muzeyin kolleksiyaları əsasında hazırlanmış və paylanmış rəngləmələr üzərində interaktiv çalışıblar.

Mədəniyyət 2022-09-19 18:16:00