×
A
A
A
Sazlamalar

Çexiyalı mütəxəssis: Dünya mədəniyyətinin inkişafı üçün Azərbaycanın təklif edə biləcəyi çox şey var

Bakı, 19 sentyabr, AZƏRTAC

Dünya mədəniyyətinin inkişafı üçün Azərbaycanın təklif edə biləcəyi çox şey var.
Bu fikri AZƏRTAC-a açıqlamasında Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edən “Zero Gravity Capital” şirkətinin investisiya tərəfdaşı, çexiyalı mütəxəssis Vit Hanus söyləyib.
Çexiyalı mütəxəssis bildirib ki, Şuşada, eləcə də Qarabağda artıq dünya ictimaiyyətinə məlum olan bir çox tarixi yerlər var. Buna baxmayaraq, bu ərazilərdə hələ də geniş ictimaiyyətə tanıdılası yerlər mövcuddur.
“Hesab edirəm ki, Şuşada bir çox əhəmiyyətli tarixi-mədəni abidələr var. Onları mütləq bərpa etmək lazımdır. Bərpa proseslərdən sonra bu ərazilər daha çox gəlirli yerlərə çevriləcək”, - deyə çexiyalı mütəxəssis vurğulayıb.

Mədəniyyət 2022-09-19 17:16:00