×
A
A
A
Sazlamalar

Counz Robert Qərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri “Dostluq” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2022-ci il

Sərəncamlar 2022-09-19 14:59:00