×
A
A
A
Sazlamalar

Zabratda avtomobil oğurlanıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə sentyabrın 14-nə keçən gecə Zabrat qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

 

Cəmiyyət 2022-09-19 10:52:00