×
A
A
A
Sazlamalar

Gəncədə avtomobil oğurlayan şəxs tutulub

Bakı, 19 sentyabr, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə şəhər sakini R.Kazımova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Yeni Gəncə qəsəbəsi ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Xəyal Verdiyev və Göygöl rayon sakini Sənan Cümşüdov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2022-09-19 10:49:00