×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak edib

Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin rəhbər heyəti, digər hərbi qulluqçular və mülki işçilər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın dəfn və yas mərasimlərində iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri və digər rayonlarda keçirilən mərasimlərdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər xiyabanlarının ziyarəti zamanı şəhidlərimizin məzarları üzərilərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Keçirilən yas mərasimlərində şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.

Cəmiyyət 2022-09-18 15:50:00