×
A
A
A
Sazlamalar

Sumqayıtda avtomobil piyadanı vurub, ölən var

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2022-09-17 17:29:00